2013-cü ildə iri və orta müəssisələrdə e-auditin geniş miqyasda tətbiqi planlaşdırılır
2013-cü ildən başlayaraq vergi orqanları tərəfindən e-audit texnologiyasının iri və orta müəssisələrdə geniş miqyasda tətbiq edilməsi planlaşdırılır. Bunun üçün həmin müəssisələrdə mühasibat e-qaydada aparılmalı və mühasibat sistemləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
"İCT News" elektron xəbər xidmətinə bu barədə vergilər nazirinin müşaviri Asəf Əsədov məlumat verib. A.Əsədov qeyd edib ki, audit sahəsində intellektual texnologiyaların tətbiqi Vergilər Nazirliyinin mühüm prioritetlərindən biridir: "Müasir dünyada informasiya-kompyuter texnologiyalarının rolu danılmazdır və artıq əksər ölkələrdə iri və orta müəssisələrin biznes fəaliyyəti kompyuterləşdirilmiş əməliyyatlar və mühasibat sistemləri əsasında aparılır.
Müəssisələrin həyata keçirdiyi mühasibat əməliyyatları ilə bağlı məlumatlar elektron qaydada saxlanılır və müasir vergi nəzarəti sistemi elektron məlumatların emalı və təhlili əsasında qurulur.
Bunun üçün müasir vergi orqanı müfəssəl biliklərə malik olmalı və kompyuter sistemlərinə əsaslanan texnologiyaları tətbiq etməlidir. Vergilər Nazirliyi də məhz bu sahədə son illər əsaslı işlər görür".
Vergilər nazirinin müşaviri e-auditin geniş miqyasda tətbiqi üçün yerinə yetirilməli olan digər əsas şərtlərdən də söz açıb. Belə ki, e-auditin tətbiqi ilə bağlı hüquqi əsaslar olmalı və bunun üçün Vergi Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə Milli Məclis tərəfindən qəbul olunmalıdır.
Bundan başqa, Vergilər Nazirliyinin auditorları ilk növbədə e-audit üzrə proqram təminatını (ACL) dərindən öyrənməlidirlər.
Eyni zamanda, e-auditorlar e-auditin tətbiqi üçün vacib olan əlaqəli fənlərlə - müasir mühasibat uçotu və maliyyə hesabatçılığı, informasiya texnologiyaları, statistika, müasir audit üsulları ilə bağlı yeni bilikləri və bacarıqları mənimsəməlidirlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL