“Samsung Galaxy S III” smartfonu əvvəlkilərdən fərqli olacaq
Analitik Eldar Murtazin “Twitter” bloqu vasitəsilə bildirib ki, “Samsung Galaxy S III” flaqman smartfonu “Mobile World Congress 2012” (MWC) sərgisində təqdim ediləcək. Məlumat üçün qeyd edək ki, sərgi Barselonada (İspaniya) fevralın 27-dən martın 1-nə kimi olan tarixdə keçiriləcək.
Veb-mənbələrin daha əvvəl verdiyi məlumata əsasən, smartfonun əsasını 1,5 QHz takt tezliyində işləyəcək “Exynos 4412” prosessoru təşkil edəcək. Əməli yaddaş tutumu 2 QB-a qədər olacaq. Aparat 4,65 düym (720×1280 nöqtə) diaqonala malik “Super AMOLED Plus” sensor ekranına malik olacaq.
Həmçinin 12 meqapiksel matrisli kamera, “NFC” (Near Field Communication) və “LTE” texnologiya dəstəyinə malik olacaq. Əməliyyat sistemi kimi ”Android 4.0” (Ice Cream Sandwich) quraşdırılacaq.
“Galaxy S III” smartfonunun satışa aprel ayında daxil olacağı gözlənilsə də, qiyməti haqqında heç bir informasiya yoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL