Elektron audit vergi ödəyicilərinin işinə müdaxiləni aradan qaldıracaq
Elektron audit vergi ödəyicilərinin işinə müdaxiləni aradan qaldıracaq. Belə ki, e-audit texnologiyası vergi orqanlarının audit üzrə mütəxəssislərinə (e-auditorlara) müəssisənin mühasibat uçotu üzrə böyük həcmdə olan və elektron formatda saxlanılan məlumatlarını elektron daşıyıcılarında almağa və uzaq məsafədən audit ilə bağlı təhlil aparmağa imkan verir.
"İCT News" elektron xəbər xidmətinə bu barədə məlumat verən vergilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, e-audit məqsədləri üçün bir saniyədə onminlərlə e-məlumatları emal edən xüsusi proqram təminatlarından istifadə olunur.
Bunun əsasında e-məlumatlar qısa müddətdə təhlil edilir: "Vergi ödəyicisinin vergidən yayınma risklərini, əgər belə bir hal varsa, müəssisəyə getmədən vergi orqanının ofisində aşkar etmək olur. Bu isə səyyar vergi yoxlamalarının səmərəliliyini xeyli artırmış olur.
Çünki nəticədə səyyar yoxlamalarla bağlı həm dövlət xərcləri, həm də müəssisənin sərf etdiyi vaxt xeyli azalır. Bunun üçün, ilk növbədə, ən riskli vergi ödəyicilərinin müəssisələrində səyyar vergi auditi keçirilir". A.Əsədov bildirib ki, e-audit vergi ödəyicilərini vergilərin könüllü və tam şəkildə ödənilməsinə yönəldir, bu da vergi intizamını artırır.
Digər tərəfdən, vergi ödəyiciləri öz mühasibat sistemlərini beynəlxalq standartlara uyğun, daha şəffaf qurmağa çalışırlar ki, nəticədə bu, onlara həm kredit, həm də xarici investisiyaların alınmasına köməklik edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL