waplog

“Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb


Finlandiyanın “Nokia” şirkəti, dünən yanvar ayının 26-sı tarixində 2011-ci ilin dördüncü rübü üzrə maliyyə hesabatını dərc edib. Şirkət bu rüb ərzində də mənfi nəticə göstərib.

Son 12 ay ərzində bu, artıq üçüncü belə haldır. Bundan əlavə, “Nokia” şirkəti satılmış mobil telefonların sayının 29% azalması haqqında məlumat vermişdi.

Dərc edilmiş məlumatlara əsasən, “Nokia” şirkəti 2011-ci ilin dördüncü rübü üzrə 1,07 milyard avro və ya 1,4 milyard dollar dəyərində xalis zərərə məruz qalıb. Halbuki 1 il əvvəl 745 milyon avro gəlir əldə etmişdi. Şirkətin satışları 21% - 12.65 milyard dollardan 10 milyard dollara kimi azalıb.

“Nokia” şirkətinin baş direktoru Stiven Elop bildirib ki, şirkət “Windows Phone” platforması əsasında işləyən 1 milyondan çox yeni “Lumia” smartfonu satıb. Bütövlükdə, şirkət hesabat rübü ərzində 19,6 milyon smartfon və 93,9 milyon mobil telefon satıb.

Beləliklə, dördüncü rübdə qurğu satışlarının ümumi həcmi 113,5 milyon təşkil edib. Məlumat üçün qeyd edək ki, 1 il əvvəl analoji dövrdə 127,7 milyon qurğu satılmışdı. Satılan aparatın orta qiyməti 69 avrodan 53 avroya qədər azalıb.


Şirkətin əməliyyat zərəri isə 954 milyon avro təşkil edib. 1 il əvvəl isə bu göstərici 884 milyon avroya bərabər idi.

“Nokia” şirkəti “Windows Phone” mobil əməliyyat sisteminə güvənərək cari  il ərzində bu əməliyyat sistemi əsasında işləyən təxminən 37 milyon smartfon sata bilər. “Morgan Stanley” investbankının analitik proqnozunda belə qeyd olunub.

Ekspertlər hesab edirlər ki, 2013-cü ildə şirkətin satışları 64 milyon smartfona qədər artacaq. Bununla belə bildirilib ki, satışların uğurlu olması “Microsoft” korporasiyasından və “Nokia” şirkətinin partnyorlarından asılı olacaq.

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL