Bill Qeyts BMT-yə 750 mln dollar ianə vəd etdi
Ötən gün İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda Microsoft şirkətinin milyarder sədri Bill Qeyts BMT-yə çətin günlərdə maliyyə dəstəyi göstərəcəyinə söz verib.
Dünya şöhrətli milyarder və xeyriyyəçi BMT-nin QİÇS/HİV əleyhinə fonduna 750 milyon dollar ianə verəcəyini bildirib. Çıxışı zamanı Qeyts hökumətləri fonda dəstək olmaqla insanların həyatlarını xilas etməyə çağırıb.
"İqtisadi nöqteyi nəzərdən çox çətin günlər yaşamağımıza baxmayaraq, bu, dünyanın ən kasıb ölkələrinə yardımın azaldılması üçün bəhanə olmamalıdır. Dünya fondu pulları yatırmaq üçün ən yaxşı yollardan biridir", deyə B. Qeyts bildirib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL