waplog

Məşhur mobil oyununu “Facebook”da oynamaq mümkün olacaq (VİDEO)


"Rovio Entertainment" şirkəti fevral ayının 14-də öz məşhur "Angry Birds" mobil oyununun "Facebook" sosial şəbəkəsi üçün versiyasını istifadəyə vermək niyyətindədir. Bu barədə "Penn-Olson.com" saytına verdiyi müsahibəsində "Rovio" şirkətinin marketinq üzrə direktoru Piter Vesterbak bildirib.

Onun sözlərinə görə, "Angry Birds" oyununun xüsusi variantı "Facebook" sosial şəbəkəsinin 800 milyon istifadəçisi üçün məxsusən "Sevgililər" günündə istifadəyə veriləcək.
 
Məlumat üçün bildirək ki, "Rovio" şirkətinin əsas məhsulu olan "Angry Birds" mobil oyunu 2009-cu ildən "Android Market" və "App Store" mobil kataloqlarının top-listində qalır. "Angry Birds" yükləmələrinin sayı 2 il ərzində 600 milyonu ötüb. Bu, "Electronic Arts" şirkətinin istehsalı olan "Tetris" mobil oyununun göstəricisini 6 dəfə ötür.





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL