waplog

Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir


Dünyanın təxminən 21 faiz informasiya işçisi işdə "Apple" məhsullarının ən azı birindən istifadə edirlər. "Forrester Research" tədqiqat şirkətinin mütəxəssisləri belə nəticəyə gəliblər.

Qeyd edək ki, "informasiya işçisi" (information worker) termini dedikdə informasiyanın emalı və ya yeni informasiya əldə edilməsi ilə bağlı fəaliyyətlə məşgul olan işçilər  başa düşülür. Bu qrupa, bir qayda olaraq, İT sahə əməkdaşlarının əksəriyyətini, həmçinin proqramçıları, analitikləri, planlaşdırma üzrə mütəxəssisləri və digərlərini aid edirlər.

"Forrester Research" şirkəti tərəfindən keçirilmiş tədqiqatda 17 müxtəlif ölkədən təxminən 10 min işçi iştirak edib. Həmin işçilər gün ərzində kompyuter və ya digər intellektual qurğular ilə ən azı 1 saat işləməli olurlar. Tədqiqat nəticəsində aydın olub ki, işdə onların 15 faizi "Apple" məhsullarının birindən, 5 faizi ikisindən və 1 faizi hər üçündən istifadə edir.

Qeyd edək ki, ən populyar qurğu "iPhone" smartfonu olub. Sorğuda iştirak edənlərin 11 faizi üstünlüyü ona veriblər. Bu halda "iPad" planşeti və "Mac" kompyuterləri ilə respondentlərin müvafiq olaraq 9  və 8 faizi işləyir. Tədqiqat nəticəsində məlum olub ki, "alma" imperiyasının məhsullarından daha çox yüksək gəlirə malik işçilər istifadə edirlər.

"Forrester" tədqiqatı, həmçinin "Apple" kompyuterlərinin korporativ seqmentdə irəliləməsinə sübutdur. Əgər 2010-cu ildə "Mac OS X" əməliyyat sistemi ilə işləyən kompyuterlər 36 faiz şirkətin ofislərində var idisə, o zaman 2011-ci ildə bu göstərici 46 faizə qədər artıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL