waplog

Dünyanın ən böyük smartfon tədarükçüsü dəyişməz qalıb


“Strategy Analytics” şirkətinin analitiklərinin hesablamalarına əsasən, 2011-ci ilin dördüncü rübü üzrə 155 milyon “ağıllı smartfon” tədarük edilib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 54 faiz çoxdur.
“Apple” şirkəti satılmış 37 milyon smartfon ilə yenidən lider olub. Şirkətin bazar payı 23,9 faiz təşkil edib.

“Samsung” şirkəti isə rüb ərzində 36,5 milyon smartfon satıb, bu isə bazarın 23,5 faizini təşkil edib.
“Nokia” şirkəti üçlüyü tamamlayır: o, 19,6 milyon smartfon tədarük edərək bazarın 12.6 faizinə sahib olub.
Dördüncü rübdə mobil telefonlar daxil olmaqla, mobil aparatların ümumi tədarükləri 445 milyona çatıb. 2010-cu il ilə müqayisədə artım 11% təşkil edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL