Gənc amerikalılar Tomas Edisonu ən dahi novator adlandırıblar
“Lemelson-MİT İnvention İndex” şirkəti 16-25 yaş kateqoriyasına aid olan 1000-dən çox amerikalı arasında sorğu keçirib. Sorğuda iştirak edən amerikalılar bəşəriyyət tarixinin ən dahi novatorlarını təyin ediblər.
52 faiz respondent fonoqraf, elektrik lampası və digər qurğuların ixtiraçısı Tomas Edisonu bəşəriyyət tarixinin ən böyük novatoru adlandırıblar.
24 faiz gənc amerikalı hesab edir ki, ən böyük novator adına Stiv Cobs layiqdir. Sorğuda iştirak edənlərin 40 faizi, həmçinin bildirib ki, onlar smartfon və planşetlərsiz öz həyatlarını təsəvvür edə bilmirlər.
10 faiz respondent isə bu ada telefonun ixtiraçılarından biri Aleksandr Qrehem Belli layiq görüblər. Sonrakı yerləri Mariya Küri (radioaktivlik tədqiqatı ilə məşğul olub), “Facebook”un yaradıcısı Mark Sukerberq, Ameliya Erxart (məşhur feminist, Atlantik okeanı üzərindən uçmuş ilk qadın) və Templ Qrandin tutublar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL