“Microsoft” səs və bədən hərəkətləri vasitəsi ilə noutbukları da idarə etmək istəyir
“Microsoft” korporasiyasındakı mənbələr iddia edir ki, proqram nəhəngi “Kinect “ kontrollerini qurğuların geniş spektrinə inteqrasiya etmək üçün işlər aparır.
Yanvarın əvvəllərində keçirilmiş “CES 2012” sərgisində “Microsoft” korporasiyası “Kinect” qurğusunun stolüstü kompyuterlər üçün versiyasını təqdim edib. Hal-hazırda proqram nəhəngi “Kinect”in noutbuk və digər portativ elektronikaya inteqrasiya etmək üzərində işlər aparır.
Məlumat üçün qeyd edək ki, “Kinect” vasitəsi ilə istifadəçi səs və bədən hərəkətləri vasitəsi ilə kompyuter və ya konsolu idarə edə bilər. O, bazara 2010-cu ilin noyabr ayında çıxarılıb.
60 gün ərzində 8 milyon nüsxə satıldığına görə “Kinect” qurğusu “Ginnessin rekordlar kitabı”na ən çox satılan istehlak elektronikası kimi daxil edilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL