Standartların elektron satışını təmin etmək istiqamətində texniki işlər aparılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) standartların elektron satışını təmin etmək istiqamətində texniki işlər aparılır. Bu barədə “İCT News” elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan qeyd edilib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin fərmanına uyğun olaraq, bir sıra tədbirlər də həyata keçirilib.
Belə ki, komitənin internet səhifəsində fəaliyyət istiqamətlərini əks etdirən və daim yenilənən məlumatlar yerləşdirilməklə yanaşı, yeni “Elektron xidmətlər” bölməsi yaradılıb. Komitənin internet səhifəsində “Standartların satışı” yarımbölməsi yaradılıb və standartların qiyməti bazaya daxil edilib.
Elektron xidmətlə bağlı daxil olan müraciət və məktublara dərhal bildirişin göndərilməsini təmin edə bilən “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı artıq istifadədədir.
Akkreditasiya və metrologiya üzrə elektron xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və sifariş nümunələri hazırlanıb və bunların əsasında komitənin elektron səhifəsində “Elektron xidmətlər” bölməsinin tərkibində müvafiq yarımbölmələr yaradılıb: ”Yaradılmış Azərbaycan Sorğu Mərkəzinin fəaliyyəti haqqında məlumat “Elektron xidmətlər” bölməsində yerləşdirilib.
Vətəndaşların komitəyə yazdıqları ərizə, şikayət və təkliflərin elektron formada qəbulu üçün elektron səhifədə “Məktub yazmaq” bölməsi açılıb. Artıq bu bölmə vasitəsilə vətəndaşların müraciətləri daxil olmaqdadır. Daxil olmuş müraciətlər “azs@azstand.gov.az” ünvanına dərhal göndərilməklə qeydiyyata alınır”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL