waplog

“Canon” şirkətinin prezidenti istefaya gedir


Fotoaparatların və elektronika mallarının istehsalı sahəsində Yaponiyanın aparıcı şirkətlərindən olan “Canon”-un prezidenti Tsunedzi Utida istefaya getməyə hazırlaşır.

İstefa barəsində şirkətin qənaətbəxş olmayan maliyyə göstəriciləri açıqlandıqdan dərhal sonra elan edilib. Ötən ildə “Canon”-un xalis mənfəəti praktiki olaraq dəyişməz qalaraq 3,23 milyard dollar, habelə mədaxil 4 faiz azalaraq 46,34 milyard dollar təşkil edib.

Satış və istehsalla bağlı vəziyyət ötən ilin martında Yaponiyada baş verən dağıdıcı zəlzələ və sunamidən, eləcə də Taylanddakı daşqınlardan sonra daha da pisləşib.
T.Utida martın 29-da istefaya gedəcək. Onu bu vəzifədə Direktorlar Şurasının sədri Fucio Mitarai əvəz edəcək.
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL