waplog

“Gartner:” Hökumətlər bütün istiqamətlərdə informasiya texnologiyalarından istifadə etməlidirlər


Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu sona çatarkən "Gartner" şirkətinin analitiki Bettina Tratz-Ryan "Computing" nəşrinə bu tədbirdən irəli gələn əsas texnoloji tendensiyalar haqqında müsahibə verib.

 Müsahibə zamanı o bildirib  ki, biznes liderlərilə  yüksəkvəzifəli məmurlar texnologiyanın şəhərlərin  landşaftlarının  yaxşılaşdırılmasında  oynadığı  rolu  haqqında
müzakirə keçiriblər.

Bu məqsədlə məlumat toplamaq, təhlillər  keçirmək və  "bulud" texnologiyasını tətbiq etmək lazımdır.  Tratz-Ryanın dediyinə görə, qida, enerji, səhhət, təhsil və infrastruktur kimi əsas iqtisadi resurslar  şəhər yerlərində bir-birindən yüksək dərəcədə asılıdırlar.

Texnologiya  isə adıçəkilən resursların düzgün idarə olunmasını və onlarla bağlı xidmətlərin düzgün təşkil olunmasını təmin etməlidir. 

"Biz bilirik, məlumatı toplamaq üçün texnologiyadan necə istifadə etmək lazımdır.  Məlumat toplama prosesi sistemlərin xəbərdar etmə qabiliyyətini yüksək dərəcədə artıra bilər.  Məsələn, hava haqqında məlumatı toplayaraq biz havanın kənd təsərrüfatına təsirini öyrənə bilərik .   

Belə hallarda biz "bulud" texnologiyasından tez-tez istifadə edirik. Əvvəl hökumətlər lazımi resurslar olmadığı üçün iri həcmli məlumatı təhlil edə bilmirdilər.  İndi isə onlar bu məqsədlə "bulud" texnologiyasından istifadə edirlər.   

Hazırda  hökumətlər sənayelərlə birlikdə şəhərlərin landşaftlarını yaxşılaşdırmaq istəyirlər. Lakin onlar  yol hərəkəti, enerji, resurslar və səhiyyə ilə bağlı böyük problemlərlə üzləşirlər.  Belə halda bəzi hökumət mərkəzləri məlumatı toplayan İT servis provayderləri ilə əlaqə yaratmalıdırlar. 

Məsələn, hökumətlər "Google" kimi şirkətdən səhhətlərində  problem olan vətəndaşlar haqqında məlumatı  əldə edə bilər.  Lakin bu, vətəndaşların  məlumatın məxfiliyi ilə bağlı narazılıqlarının səbəbi ola   bilər.  Məxfiliklə təhlükəsizlik də vacibdir. Və onlarla bağlı problemləri həll etmək üçün yeni tədbirlər həyata keçirilməlidir".   

 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL