waplog

"Eurovision-2012" ilə RİTN-ə əlavə səlahiyyətlər verilib


Azərbaycan hökuməti "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) əlavə səlahiyyətlər verib.

Nazirlər Kabineti  Bakı şəhərində keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək keyfiyyətli yayımı və zəruri rabitə vasitələri ilə təmin edilməsi üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin sürətləndirilməsi məqsədi ilə sərəncam verib.

Sərəncamda qeyd olunur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək keyfiyyətli yayımla və zəruri rabitə vasitələri ilə təmin edilməsi üçün Avropa Yayım İttifaqı ilə razılaşdırılmış sxemə əsasən, müəyyənləşdirilmiş avadanlıqların qısa müddətdə alınaraq quraşdırılmasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, aidiyyəti şirkətlərlə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə birlikləri arasında birbaşa müqavilələrin bağlanmasına icazə verilib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL