waplog

MTRŞ yoxsul ailələri rəqəmsal TV dekoderləri ilə təmin etməyi təklif edir


Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) 130 min yoxsul ailənin rəqəmsal televiziya dekoderləri ilə təminatı üzrə təklif hazırlayıb.Hazırda MTRŞ-nin təklifinə baxılır.

Bu ilin ortalarında Bakıda və Abşeron yarımadasında telekanalların yayımının tamamilə rəqəmsal formata keçirilməsi gözlənilir.

Azərbaycanda rəqəmsal televiziyaya keçid analoq siqnalının rəqəmsalla əvəz edilməsini nəzərdə tutur.
"Artıq respublika əhalisinin 85 faizini rəqəmsal yayımla əhatə etməyə imkan verən şəbəkə infrastrukturunu qurulub. 2012-ci ilin sonuna qədər ölkənin ucqar ərazilərinin və yaşayış məntəqələrinin rəqəmsal siqnalla tam əhatə olunması gözlənilir.

Azərbaycanda analoq yayım ölkə tam rəqəmsal teleyayıma keçdikdən sonra dayandırılacaq. Rəqəmsal televiziyaya tam keçid 2013-cü ildə gözlənilir.
Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL