İnternetdə qeyri-qanuni film yaydıqlarına görə məhkəməlik oldular
Moskvada Lopuxovlar ailəsinin günahı üzündən kinokompaniyalara 38 milyard rubl zərər dəyib. Vurulan zərərin məbləğini bu günlərdə cütlüyün "interfilm.ru" torrent-trekerini yaratmaqda günahlandıran Rusiya Antipirat Təşkilatı açıqlayıb. "www.innov.ru" saytının məlumatına görə, Andrey və Natalya Lopuxovlar bu gün - yanvarın 31-də Moskva Şəhər Məhkəməsinə çıxarılacaqlar.
Onlar filmlərin internetdə qeyri-qanuni yayımlanmasında təqsirləndirilirlər. Dövlət orqanları ilə çətin mübarizədə cütlüyü "Rusiya Pirat Partiyası" dəstəkləyir.
Məsələ ilə bağlı səxavətlə press-relizlər yayan partiya onları piratlara yaxın olan saytlarda yerləşdirir. Lopuxovlar ailəsi isə istintaqın gedişində pozuntuların olması ilə bağlı artıq prokurorluğa şikayət edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL