Təxminən 6 milyon “Kindle Fire” rideri satılıb
Analitik Cordan Roen qeyd edib ki, “Amazon” şirkəti dördüncü rübdə təxminən 6 milyon “Fire” rideri satıb. Şirkət ənənəvi olaraq “Kindle” qurğularının satış həcmini açıqlamır.
Analitiklərin “Kindle Fire” qurğusunu “iPad” planşetinin ən yaxın rəqibi adlandırmasına baxmayaraq, sonuncunun satış həcmi həddindən artıq çoxdur: “Apple” şirkətinin məlumatına əsasən, dördüncü rübdə dünyada 15,43 milyon planşet satılıb. Bu göstərici 1 il əvvəl ilə müqayisədə 111% çoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL