waplog

Bakının «Turist atlası»nda ilk dəfə olaraq kosmik şəkillər yerləşdirilib


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki Bakı şəhərinin “Turist atlası”nı hazırlayaraq çap edib. Komitədən «İCTnews» elektron xəbər xidmətinə verilən məlumata görə, atlas 3 dildə - Azərbaycan, rus və ingilis dillərindədir.

Atlasda Bakı şəhərinin planı, ümumcoğrafiyası, iqlimi, torpağı, bitkisi, ekoloji vəziyyəti, arxeoloji və memarlıq abidələri, “İçərişəhər” tarixi memarlıq və “Qala” tarixi etnoqrafik qoruqları, kurortlar, çimərliklər, nəqliyyatların (hava, dəniz, avtomobil, dəmiryol, metro) hərəkət cədvəli, dendralilər, zoopark, “Binə” və “Sədərək” yarmarkalarının sxematik təsvirləri, turizm agentlikləri və digər mühüm yerlər öz əksini tapmışdır. 160 səhifədən ibarət olan atlasda ilk dəfə olaraq kosmik şəkillərdən istifadə edilib.


Qeyd edək ki, Bakı şəhərinin “Turist atlası” 2012-ci ilin may ayında paytaxtda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı ölkəyə gələcək turistlər və xarici qonaqlar üçün lazımi əyani vəsaitdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL