“Flash” yaddaşlarından 100 dəfə sürətli və daha etibarlı
2 həftə əvvəl 100 illiyini qeyd edən İBM şirkəti tamamilə yeni tipdə kompyuter yaddaşı hazırlayıb. Yeni texnologiya PCM adlanır. Mütəxəssislərin fikrinə görə, belə yaddaşın iş sürəti NAND “Flash” tip yaddaşının sürətini 100 dəfə ötür. Sınaq gedişində İBM mühəndisləri PCM yaddaşın yalnız çox sürətli deyil, həm də çox etibarlı olduğunu təyin ediblər. Belə ki, o, bir neçə milyon yazı dövrlərinə tab gətirir, halbuki “Flash” yaddaşda bir neçə min dövrdən sonra problemlər başlayır. PCM yaddaşının daha bir üstünlüyü onun aşağı qiymətə olmasıdır, - İBM nümayəndələri qeyd ediblər. Belə üstünlük onu kompyuter texnologiyaları (korporativ sinfin bahalı server həllərindən büdcə mobil telefonlarına qədər) müasir bazarının bütün sektorlarına tətbiq etməyə imkan verir. Yaddaş modulu xüsusi ərintilərdən ibarətdir. Onlar polikristal vəziyyətindən amorfa və əksinə keçə bilərlər.
Xatırladaq ki, Harris Pozidis 10 il əvvəl belə ərintilərdən istifadə ideyasını bildirmişdi. O zaman o, “Philips Research” tədqiqat şirkətində işləyirdi. İndi isə İBM-in əməkdaşıdır.
Mütəxəssislərin proqnozlarına görə, PCM yaddaşı yüksək iş sürəti (İBM 50 Qb/s-a qədər söz verir) və aşağı maya dəyəri hesabına ən yaxın 5 il ərzində “Flash” yaddaşı tamamilə əvəz edəcək. Qeyd edək ki, PCM yaddaşı indi NAND yaddaşda tətbiq edilən çoxsəviyyəli xana (MLC) texnologiyası prinsiplərində hazırlanır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL