waplog

Kommersiya hüquqi şəxslərin e-qeydiyyatına başlanılır


Ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq edilən “Fərdi sahibkarların e-qeydiyyatı”layihəsinin davamı olaraq daha bir addım atılıb.

Belə ki, “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiya”sında nəzərdə tutulan elektron xidmətlərin tətbiqinin genişləndiriıməsi istiqamətinə uyğun olaraq, Vergilər Nazırliyi “Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı” xidmətinə başlayır.

Bu xidmət Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”  fərmanının icrası ilə əlaqədar həyata keçirilir.

Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Vergilər Nazirliyindən xəbər verilib: ”Bu sistemin imkanlarından istifadə etməklə Azərbaycanın fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı daha sürətli və adi qaydada aparılacaq.

“Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı” ölkədə elektron imzadan istifadə edilməklə vətəndaş cəmiyyətinə və biznes aləminə dövlət qurumları tərəfindən təqdim olunan ilk elektron xidmətdir”.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL