waplog

Naxçıvanın telekommunikasiya infrastrukturu NGN şəbəkəsinə keçirilir


Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqlarının NGN (Next Generation Network) şəbəkəsinə keçirilməsinə başlayıb.

Bu istiqamətdə işlərin birinci rübün sonuna qədər başa çatdırılması planlaşdırılır. İşlərin başa çatmasından sonra Şərur rayonu üzrə gələcək nəsil şəbəkəsinə keçirilən nömrələrin sayı təxminən 6 min ədəd, Sədərək rayonu üzrə isə təxminən 2 min ədəd təşkil edəcək.

NGN-in tətbiqi istehsalat birliyinin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının dəstəklənməsinə nail olmağa çalışır.

Regional telefon şəbəkələrinin NGN texnologiyasına keçidi operatora telefon şəbəkələrinin nömrə tutumunu artırmaqla yanaşı, rabitənin ənənəvi xidmətləri ilə birlikdə IP-telefoniya, genişzolaqlı internet və IP-TV kimi xidmətləri də göstərməyə imkan verir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL