Planşet bazarında 5 qat artım gözlənilir
“NPD” şirkəti yaxın 5 il üçün planşet kompyuterlərinin dünya bazarı üzrə proqnozunu açıqlayıb.
Şirkətin hesablamalarına əsasən, 2011-ci ildə təxminən 72,7 milyon planşet (digər məlumatlara görə, təxminən 67 milyon) satılıb.
2012-ci ildə planşet tədarüklərinin 120 milyona və 2013-cü ildə 160 milyona çatacağı gözlənilir. “NPD” şirkətinin analitikləri hesab edirlər ki, onilliyin ortasında planşet bazarının tutumu 250 milyonu ötəcək, 2017-ci ildə isə 383 milyona çatacaq.
Beləliklə, keçənilki nəticə ilə müqayisədə 5 qat artım proqnozlaşdırılır.Planşet kompyuterləri üçün əsas aparat platforması “ARM” arxitekturasında həllər olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL