waplog

Amerika alimləri ağıllı güllə icad ediblər (VİDEO)


"Sandia National Laboratories" şirkətinin alimləri optik sensor, batareya və 8 bitlik prosessorla avtomatik tuşlanan güllə təqdim ediblər. "Ağıllı" gülləni hədəfə tuşlamaq üçün lazer göstəricisindən istifadə olunur.

İstehsalçıların iddiasına görə, avtomatik tuşlanan güllə təxminən 2 km məsafədə olan hədəfi vurmağa qadirdir. Güllənin uzunluğu 10 sm-dən bir qədər çoxdur.


Hələ ki prototip şəklində mövcud olan hazırlama uçuşunu saniyədə 30 dəfə düzəldə bilər. Lazerin şüasına görə izləmək üçün güllənin uc hissəsində sensor quraşdırılıb.

Güllənin uçuş trayektoriyasını vizual izləmək üçün isə mühəndislər LED indikatordan istifadə ediblər. O, güllənin ardınca işıqlı izin  illüziyasını yaradır, "Sandia" şirkətinin press-relizində bildirilib.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL