waplog

“LG Electronics” batır


"LG Electronics" şirkətinin 2011-ci ilin IV rübündə mədaxili 13,81 trilyon von  (12,3 milyard dollar) təşkil edib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 6 faiz aşağıdır. Şirkət 112 milyard von (99,5 milyon dollar) dəyərində təmiz ziyana malik olub.

Bu məlumatlar şirkətin dərc edilmiş hesabatında qeyd edilib.

"Home Entertainment" (audio və videotexnika) bölməsinin rüblük mədaxili keçən il ilə müqayisədə 5 faiz, "Mobile Communications" (mobil telefonlar) bölməsində 17,9 faiz azalıb, "Home Appliance" (məişət texnikası) bölməsində isə 8,1 faiz artıb.

2011-ci ilin nəticəsinə əsasən, şirkətin mədaxili 2010-cu il (55,75 trilyon von) ilə müqayisədə 54,26 trilyon von (48,2 milyard dollar) təşkil edib. Ziyan isə 433 milyard vona (385 milyon dollar) bərabər olub. Məlumat üçün qeyd edək ki, keçən il şirkət 1,28 trilyon dəyərində mədaxil əldə etmişdi.

2011-ci ilin nəticəsinə əsasən, "Home Entertainment" bölməsinin mədaxili  5,5%, "Mobile Communications" bölməsində 9,9 faiz azalıb, "Home Appliance" bölməsində isə 6,9 faiz artıb.

Analitiklər qeyd ediblər ki, "LG" şirkətinin mobil biznesində müsbət irəliləyiş olduğunu qeyd ediblər. 2011-ci ilin IV rübünün nəticəsinə görə bu seqmentdə əməliyyat gəliri 10 milyard von təşkil edib.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL