waplog

Dövlət qulluğunun idarəçiliyi üzrə elektron təlimlər keçirilir


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi  saytında (www.dqmk.gov.az) dövlət qulluğu üzrə elektron təlimlər – eLearning  bölməsi fəaliyyətə başlayıb.  eLearning bölməsi dövlət qulluğunun idarəçiliyi sahəsində müxtəlif istiqamətləri əhatə edən onlayn kursların keçirilməsi üçün nəzərdə tutulub.

Hazırda bölmədə “Gender bərabərliyinin əsasları”  onlayn kursu yerləşdirilib. Bu kurs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və  Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə həyata keçirdiyi “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi”  layihəsinin tərkib hissəsidir və  daha geniş bir layihə olan “Dövlət qulluğunda islahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili”  layihəsinin çərçivəsində hazırlanıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL