waplog

“Sony” şirkətinin rəhbəri dəyişdi


Son iki ay ərzində gəzən şayiələr öz təsdiqini tapıb. “Sony” korporasiyası rəsmi olaraq, yeni prezidentin və əsas icraçı direktorun təyin edilməsi  haqqında məlumat verib. “Playstation” bölməsinin veteranı, 51 yaşlı Kazuo Xirai cari ilin aprel ayının 1-dən etibarən “Sony” korporasiyasının rəhbəri və prezidenti vəzifəsini tutacaq.

Hovard Stringerə gəlincə, o, iyun ayından “Sony” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini tutacaq. Bu yer dəyişmənin səbəbləri rəsmi olaraq açıqlanmır. Lakin ekspertlər bunu 69 yaşlı Hovard Stringerin rəhbərliyi altında şirkətin göstərdiyi aşağı maliyyə göstəriciləri ilə əlaqələndiriblər.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL