waplog

Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqələr sistemi təkmilləşdirilir


Vergilər Nazirliyi regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün xidmət mərkəzlərinin yaradılmasını davam etdrir.

Yeni mərkəzlər vergi ödəyicilərinə xidmət terminallarının bazasında yaradılır. Hazırda respublikanın regionlarında müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 30 belə xidmət mərkəzi fəaliyyət göstərir.

Vergilər Nazirliyinin Analitik - informasiya şöbəsindən “İCTnews” elektron xəbər xidmətinə bildirilib ki,  bu işlər prezidentin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanına uyğun olaraq aparılır: ”Bu işlər vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi, dövlət-sahibkar münasibətlərinin ardıcıl olaraq inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi daşıyır”.

Şöbədən qeyd edilib ki, fevralın 1-də Qusar şəhərində Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 3 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə növbəti Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub: ”Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkə prezidentinin Vergilər Nazirliyi qarşısında qoyduğu tələblərə uyğun olaraq Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə 2011-ci ildə həyata keçirilən müxtəlif layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir”. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər.

Bu gün Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş də keçirilib. Tədbirdə Ə.Məmmədov bildirib ki, inkişaf edən müasir vergi sisteminin əsas fəaliyyət istiqamətlərindən biri də ölkəmizdə vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması və ünvanlı vergi xidmətinin göstərilməsi, sahibkarlarla münasibətlərin bütövlükdə yenidən qurulması ölkədə əlverişli vergi mühitinin formalaşmasıdır.

Vergi siyasəti və strateji araşdımalar Baş idarəsinin rəisi Akif Musayev  vergi sistemində aparılan köklü struktur islahatları, Vergi Məcəlləsinin təkmilləşdirilməsi, səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sisteminin təşkili barədə məlumat verib.

Onun sözlərinə görə, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sisteminin yaradılmasının, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin qurulması zamanını tələbidir.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”, qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verib.

O qeyd edib ki, elektron ödəniş sisteminin və  bəyannamələrin əvvəlcədən doldurulması sisteminin yaradılması, bütün bəyannamələrin BTP proqramından istifadə etmədən onlayn rejimdə göndərilməsi yaxın dövrlərdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərdəndir.

Bundan başqa, tezliklə ərizələrin onlayn rejimdə göndərilməsi, universal telefon məlumat xidmətinin yaradılması, vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması, vergi yoxlamalarının elektron şəkildə aparılması da reallaşacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL