“İBM” korporasiyası Almaniyada 8000 əməkdaşını çıxarmağı planlaşdırır
Almaniyanın rəsmi “Hasselblad” nəşri bildirib ki, “İBM” korporasiyası Avropada yerləşən ən böyük yerli bölməsində 8000-ə qədər personalını işdən çıxarmağı planlaşdırır. Qeyd edək ki, korporasiyanın alman bölməsində 20000 insan çalışır.
“İBM” şirkətində isə hal-hazırda təxminən 427000 insan işləyir. Nəşr bildirib ki, bu barədə məlumat şirkət rəhbərliyinə bilavasitə yaxın olan “İBM Germany”-dəki mənbələrdən əldə edilib.
“Hasselblad” nəşri qeyd edib ki, onun jurnalistləri bu məsələ ilə bağlı “İBM” şirkətinə müraciət ediblər, lakin korporasiya öz gələcək planları ilə bağlı məsələləri müzakirə etmədiyini və kadr siyasəti haqqında məlumatları bölüşmədiyini bildirib.
“İBM”-dən mənbələr nəşrə bildirib ki, korporasiyanın bu addımı ikili xarakter daşıyır: bir tərəfdən korporasiya Avropa borc böhranına və bunun fonunda İT xidmətlərə azalan tələbata bütövlükdə reaksiya verir, digər tərəfdən isə bu addım “Liquid” kimi tanınan daha qlobal planın bir hissəsidir. Bu plan “İBM” korporasiyasını yeni, daha elastik təşkilata çevirmək məqsədi güdür.
Mənbələr məlumat veriblər ki, “Liquid” proqramı – bu, “İBM”-in son illər ərzində reallaşdırılmış ən radikal proqramlarından biridir. Proqramın əsas məqsədi şirkətin xərclərinin azalması və effektivliyinin artırılmasıdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL