Mark Sukerberq 1 dollar dəyərində maaş alacaq
Dünyanın ən böyük sosial şəbəkəsinin banisi və rəhbəri öz əməkhaqqını 500 min dəfə azaltmağa qərar verib. Mark Sukerberq 2013-cü ildən etibarən 1 dollar dəyərində maaş alacaq,- “TechCrunch” yazıb. Qeyd edək ki, Mark Sukerberq internet-şirkətin 28% səhminə malikdir.
2011-ci ildə resursun təmiz mənfəəti 1 milyard dollar olub. Bu göstərici 2010-cu il ilə müqayisədə 65% çoxdur. Mədaxil isə təxminən 3,7 milyard dollar təşkil edib. Bu halda onun 85%-i reklam hesabına qeydə alınıb.
Hal-hazırda “Facebook” şəbəkəsində istifadəçilərin sayı 845 milyon təşkil edir, onların yarısından çoxu sosial şəbəkəyə mobil qurğulardan daxil olurlar. Sayt administrasiyası sosial şəbəkədə internetin bütün istifadəçilərinin - təxminən 2 milyard insanın qeydiyyatdan keçməsini istəyir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL