Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən keçirilmiş tədqiqatın nəticəsinə görə, Cənubi Koreya 15 yaşlı yeniyetmələr arasında kompyuter bilik reytinqində birinci yeri tutub. Siyahıda ikinci yerdə Yeni Zelandiya, üçüncü yerdə isə Avstraliya qərarlaşıb. Ümumilikdə, 16 ölkədən 38 min oğlan və qızın biliyi qiymətləndirilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən kompyuterlə işləmək və internetdə lazımi informasiyanın axtarış bacarıqlarına baxılıb. Bundan başqa, iştirakçıların elektron poçt və sosial şəbəkələrdən istifadə etmək qabiliyyəti də yoxlanılıb.
Tədqiqat təşkilatçıları son onillik ərzində yeniyetmələrin kompyuter bilik səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildiriblər. Belə ki, qeyd olunan yarış iştirakçılarının 94%-i şəxsi kompyuterə malikdir. Xatırladaq ki, 2000-ci ildə analojı tədqiqat vaxtı bu göstərici yalnız 72% təşkil edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL