Mobil məlumatların ötürülməsi şəbəkəsinə sərf olunacaq xərclər 3 dəfə artacaq
“İHS iSuppli” analitik şirkətinin fevral ayının 1-də dərc edilmiş məlumatına əsasən, 2012-ci ildə “Long Term Evolution” (LTE ) mobil məlumatların ötürülməsi üzrə şəbəkənin genişləndirilməsinə sərf ediləcək xərclər 8,7 milyard dollar təşkil edəcək. 2013-cü ildə isə bu xərclər 3 dəfə artaraq 24,3 milyard dollara bərabər olacaq.
2015-ci ilədək “LTE” infrastrukturuna dünyada il ərzində təxminən 36,1 milyard dollar, “3.5G” şəbəkəsinə isə 9 milyard dollar sərf ediləcək.2010-cu ildə dünyada təxminən 160 “LTE” ticarət şəbəkəsi işləyib. Hal-hazırda isə onların sayı 200-dən çoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL