waplog

2011-ci ildə 1.5 milyard mobil aparat satılıb


"İnternational Data Corporation" (İDC) şirkəti mobil telefon və smartfon bazarını qiymətləndirib.
2011-ci ilin dördüncü rübündə 427,4 milyon mobil telefon tədarük edilib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.

"Nokia" şirkəti hələ ki ən iri istehsalçı olaraq qalır, lakin illik hesablamada şirkətin payı 30,7 fazidən 26,6 faizə qədər azalıb. "Nokia" şirkəti oktyabr ayından dekabr ayına kimi 113,5 milyon telefon satıb.

İkinci yerdə satılmış 97,6 milyon aparat ilə "Samsung" şirkəti yerləşir. Cənubi Koreya istehsalçısı bazarın 22,8 faizini tutub.

"Apple" üçüncü yeri tutub: onun payı 4,0 faizdən 8,7 faizə qədər artıb. Şirkət rüb ərzində 37 milyon "iPhone" smartfonu satıb.

Sonrakı yerləri "LG Electronics" (17.7 milyon) və "ZTE" (17.1 milyon) şirkətləri tutublar.
Ümumilikdə 2011-ci il ərzində 1,55 milyard telefon və smartfon satılıb. 2010-cu il ilə müqayisədə satışlar 11,1 faiz artıb. 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL