waplog

"Sony" korporasiyasının rüblük zərəri 2 milyard dollar təşkil edib


"Sony" şirkəti 2011-ci maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib. Yaponiya korporasiyası oktyabr - dekabr ayları ərzində 2 milyard dollar  dəyərində təmiz zərərə məruz qalıb, əməliyyat zərəri 1,2 milyard dollar təşkil edib.

Məlumat üçün bildirək ki, "Sony" şirkəti 1 il əvvəl təxminən 950 milyon dollar dəyərində mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin mədaxili 17,4 faiz azalaraq 23,4 milyard dollar təşkil edib.

"Sony" şirkəti göstəricilərinin azalmasını Taylandda baş vermiş daşqının nəticələri, həmçinin əlverişsiz valyuta kursları və inkişaf etmiş ölkələrdə bazar şəraitinin pisləşməsi ilə əlaqələndirir. Həmçinin ötən rübdə televizor istehsalı üzrə bölmənin göstəriciləri azalıb.
"Sony" şirkətinin təmiz illik zərərinin 2,9 milyard dolları ötəcəyi gözlənilir.



http://www.onliner.by/news/02.02.2012/11.38/


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL