Ölümündən 114 il sonra dünya ilk dəfə olaraq "dəmir kansler"in səsini eşidib
Tarixdə ilk dəfə olaraq Almaniya imperiyasının birinci kansleri Otto fon Bismarkın (1815-1898) səsinin audioyazısı təqdim edilib. Audioyazı dahi Amerika ixtiraçısı Tomas Edisonun muzeyinin veb-saytında yerləşdirilib. Tomas Edison dünyaya fonoqrafı (səsin yazılması və səsləndirilməsi üçün ilk cihaz) bəxş edib.
Britaniyanın "BBC" yayım korporasiyasının fevralın 1-də verdiyi məlumata əsasən, Almaniya imperiyasının birinci kanslerinin ölümündən keçmiş 114 il ərzində planetimizin sakinlərinə "dəmir kansler"in səsini eşitmək qismət olmamışdı.
İkidəqiqəlik audioyazını 1889-cu il oktyabr ayının 7-si tarixində Edisonun şirkətində texniki mütəxəssis kimi çalışan Teo Vanqeman hazırlayıb. Onun mövcudluğu haqqında məlum idi, lakin sonralar həmin yazı itir və təsadüfən 1957-ci ildə Edisonun Nyu-Cersi ştatındakı laboratoriyasında tapılır.
Lakin əvvəllər reyxskanslerin səsi heç vaxt kütlə qarşısında səsləndirilməyib, çünki Bismarkın nə danışdığını başa düşmək praktik olaraq mümkün deyildi. Lakin indi rəqəmli texnologiyaların vasitəsi ilə audioyazını bərpa etmək mümkün olub.
Muzeyin veb-saytında audioyazı tam olaraq təqdim edilib. Hökumət başçısı o zaman Budapeştdə olan oğlu Herbertə ünvanladığı müraciət sözləri ilə yanaşı, həmçinin sevdiyi mahnı fraqmentləri, bir sıra şeirlərdən kiçik parçalar oxuyub və hətta "Marselyoza" sətirlərindən sitat gətirib.
Bu isə ənənəvi alman konservatizmini nəzərə alsaq, son dərəcə gözlənilməzdir.
Almaniyada yerləşən Bismark Fondu bu audioyazının elanını artıq əsl sensasiya kimi qiymətləndirib.
http://www.itar-tass.com/c19/331549.html
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL