Yaponiyanın "Panasonic" şirkəti 10 milyard dollar dəyərində ziyana məruz qalıb
Yaponiyanın "Panasonic" korporasiyasının 2011 maliyyə ilinin (mart ayının 31-də bitəcək) nəticəsinə əsasən, illik ziyanı 780 milyard yena (10,2 milyard dollar) təşkil edəcək.
Bu barədə şirkətin nümayəndələri xəbər veriblər."Panasonic" şirkətində keçən ilin oktyabr ayında illik ziyanın 420 milyard yenaya bərabər olacağını proqnozlaşdırmışdılar. 2010 maliyyə ilinin nəticəsinə əsasən, korporasiya 74 milyard yena təmiz mənfəət haqqında hesabat vermişdi.
Yaponiya şirkəti mənfi maliyyə nəticələrini 2011-ci ilin mart ayında baş vermiş zəlzələnin nəticələri və Fukusimada yerləşən Atom Elektrik Stansiyasında (AES) qəza, həmçinin Taylandda baş vermiş daşqın ilə əlaqələndirir.
http://lenta.ru/news/2012/02/03/panasonic/
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL