ABŞ-da beşinci sinif şagirdi yeni kimyəvi maddə kəşf edib
Amerikanın Kanzas şəhərinin 10 yaşlı məktəblisi Kler Leyzen (Clara Lazen) müəllimin tapşırığını yerinə yetirərkən təsadüfən naməlum molekulyar struktur - yeni maddə kəşf edib. Bu maddə, ola bilsin ki, enerji toplanılmasının yeni metodlarının yaradılmasına kömək edəcək,- Humboldt adına Kaliforniya Universitetinin mətbuat xidməti bildirib.
Kler Leyzen (Clara Lazen) elektron poçt vasitəsi ilə dostu, universitetin kimya professoru Bob Zellner (Bob Zoellner) ilə əlaqə saxlayıb və ona qəribə konstruksiyanın fotosunu göndərib. Zellner dostuna bu maddənin kimyaçılara məlum olub-olmadığı barədə dərhal cavab verə bilmir.
Alim 1904-cü ildən kimya üzrə elmi işlərin saxlanıldığı məqalələrin verilənlər bazasını araşdırıb. Yalnız bir məqalədə bu maddənin (tetranitratoksikarbon) adı çəkilib. Lakin məktəbli qızın fikirləşdiyi strukturda atomlar fərqli qaydada yerləşdiyinə görə bu molekulun kimyəvi xassələri də fərqlənməlidir.
Alim yeni maddə haqqında məqaləni “Computational and Theoretical Chemistry” jurnalına göndərib. Nəticədə Kler Leyzen 10 yaşında elmi məqalənin həmmüəllifi olub.Zellner ümid edir ki, bu hadisə qızın elmə olan marağını artıra bilər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL