waplog

“Kompyuter alın, bir günə çatdıraq”


“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin ünvanlarına çatdırılmasında heç bir problem yoxdur. Bu barədə müəssisədən verilən məlumatda bildirilir.

Müəssisə bununla bağlı öndə gedən şüar da səsləndirib:”Kompyuter alın, bir günə çatdıraq“. Azərpoçt” MMC ilə “BestComp Group” firması arasında bağlanmış müqaviləyə görə kompyuter alıcılarından kredit ödənişlərinin qəbuluna, qəbul olunan pul baratlarının “BestComp Group” firmasının hesabına köçürülməsinə və köçürülmüş məbləğlər barədə hər ay mütəmadi olaraq firmaya məlumat verilir. Kampaniya çərçivəsində 16 min ədəddən artıq kompyuter satılıb.  

Layihənin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompyuterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılmasından, regionlarda İnformasiya Kompyuter Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə “rəqəmsal bərabərsizliyin” aradan qaldırılmasından, eləcə də Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişafına yönəldilmiş fəaliyyətinə dəstəkdir.

Qeyd edək ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanın Təhsil Nazirliyi və “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətləri ilə birgə həyata keçirilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL