Sığorta şirkətlərinin “Azərpoçt”MMC-yə marağı artıb
Daha bir neçə sığorta şirkəti "Azərpoçt" MMC ilə müqavilə imzalamağa hazırlaşır. Müəssisədən verilən məlumata görə, "Ata Sığorta" və "Atəşgah"la bağlanan müqavilənin uğurlu alınması və onların xidmətlərinin bütün region üzrə bərabər paylanması digər sığorta edənlərin marağına səbəb olub.
Hazırda adıçəkilən sığorta şirkətləri ilə imzalanan əməkdaşlıq sazişinə görə "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərilir.
Qeyd edək ki, "Azərpoçt"MMC-nin ölkə üzrə 1500-dən çox şöbəsi var ki, onlar avtomatlaşdırılmış korporativ şəbəkəyə birləşdiriliblər. "Azərpoçt"da işlərin avtomatlaşdırılması üçün dövlət maliyyələşdirilməsi ayrılarkən əhalinin ən ucqar kəndlərdə bank və maliyyə xidmətlərindən istifadəsinin təmin olunması da nəzərə alınıb. Bütün bunlar müəssisəyə marağı artırıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL