waplog

“Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sistemi” avtomatlaşdırılacaq


Bu ildən etibarən “Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sistemi”nin avtomatlaşdırılması ilə bağlı işlərə start veriləcək. Bu barədə “İCT News” elektron xəbər xidmətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

Komitədən qeyd edilib ki, ötən il əqli mülkiyyət sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Avrasiya Patent İdarəsi (AAPİ), Avropa Komissiyası, eləcə də xarici ölkələrin müvafiq qurumları ilə müxtəlif istiqamətli yazışmalar aparılıb: ”Hesabat dövründə ÜƏMT-nin mütəxəssisləri Patent şöbəsində olub, təcrübə mübadiləsi aparılıb.

ÜƏMT ilə imzalanmış “Əməkdaşlıq  proqramı” çərçivəsində “WİPOScan” proqramının test versiyası quraşdırılıb, komitənin əməkdaşları onun iş prinsipi ilə tanış edilib”.

Həmin müddətdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) və ÜƏMT-in mütəxəssisləri ilə birlikdə patent sisteminin fəaliyyəti təhlil edilib və bu sistemin modernləşməsi istiqamətində təcrübə mübadiləsi aparılıb”.

Əməkdaşlıq nəticəsində Koreya Hökuməti “Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması” üzrə
əvəzsiz maliyyə yardımını üzərinə götürüb.

Razılaşma Nazirlər Kabinetinin sərəncamı ilə verilmiş səlahiyyət əsasında SMPDK ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanıb. Layihə çərçivəsində Koreya Hökuməti tərəfindən ayrılan maliyyə vəsaiti hesabına KOİCA vasitəsilə patent sistemi müasir kompyuter, server və digər zəruri texniki avadanlıqlarla təchiz olunacaq.

Bundan başqa, şöbənin müvafiq proqramlarla təmin olunması, kağız formatında daşıyıcılardan elektron idarəetmə sisteminə keçid, Tədris Mərkəzinin yaradılması, müvafiq sahə üzrə komitə əməkdaşlarının Koreyanın aidiyyəti qurumlarında kurslarda təlim keçməsi də nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, ötən ilin 19 – 25 noyabr tarixlərində  “Siriussoft corp.” şirkətinin baş direktoru “Lee Jae Hvang” başda olmaqla, 6 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib və komitənin əməkdaşları ilə birlikdə müvafiq araşdırmalar, təhlillər aparılıb.

Eyni zamanda, saziş üzrə işlərə 2012-ci ilin yanvar ayından başlamaq barədə qərar qəbul edilib və görülən işlərlə bağlı müvafiq protokol imzalanıb. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır.

“Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması” çərçivəsində koreyalı mütəxəssislərin Azərbaycanda konkret sahələr üzrə təlim keçməsi də nəzərdə tutulur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL