waplog

“Domodedovo”nu “kiborq”lar qoruyacaq


Moskva Hava limanı “Domodedovo”da təhlükəsizlik xidməti əməkdaşları daimi gəzdirilən kameralarla təchiz olunacaq. Hava limanının informasiya texnologiyaları üzrə direktoru Viktor Ponomarenko layihənin “Kiborq” (Cyborg) kod adı ilə adlandırıldığını deyib.

http://www.innov.ru” saytının yaydığı məlumata görə, kameralar səs və videonu yaza biləcəklər. Kameranın yaddaşına köçürülənlər daha sonra nəzarətçilər tərəfindən öyrəniləcək. V.Ponomarenko hesab edir ki, belə tədbirlər təhlükəsizlik xidməti əməkdaşlarının işlərini daha yaxşı nəzarətdə saxlamağa imkan verir. Layihənin 2012-ci il ərzində reallaşması nəzərdə tutulur.

Limanda gözlənilən daha bir yenilik “Ağıllı hasar” (Smart Fence) layihəsidir. Layihəyə əsasən, aeroportda perimetr üzrə kameralar, hərəkət sensorları və vibrasiyanın daxil olduğu müşahidə sistemi quraşdırılacaq. Hazırda “Ağıllı hasar”ın uzunluğu 10 km-dir. Aeroportun perimetri isə 20 km təşkil edir. Bu işlər ilin sonuna qədər yekunlaşacaq.

Bundan başqa, uçuş-enmə zolağı istisna olunmaqla, aeroport ərazisi texnoloji "Wi-Fi"-la əhatə olunacaq. Ona daxil olma imkanları isə yalnız hava limanının əməkdaşları üçün mümkün olacaq. Belə ki, onlar bu yolla rəhbərliyin göstərişlərini alacaqlar. Sərnişinlər isə aeroportun terminalında mobil operatorların təqdim etdiyi pulsuz "Wi-Fi"-dan istifadə edə biləcəklər.

“Domodedovo”da növbəti yenilik videomüşahidə sisteminin modernləşdirilməsidir. Yeni sistem hava limanının müxtəlif istiqamətlərində quraşdırılmış 15 min kameranı birləşdirəcək ki, bu da şəklin daha aydın və dəqiqliklə ötürülməsinə imkan verəcək. Bu sistem yalnız təhlükəsizlik məqsədi daşımayacaq.

O, eyni zamanda sərnişinlərə yüksək xidmət göstərilməsinə yardım edəcək. Məsələn, operator sərhəd nəzarəti üçün növbələrin yaranmasını müşahidə edərsə, dərhal əlavə kabinlərin açılması göstərişini verəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL