“Facebook” mart ayının əvvəlində mobil reklam sistemini işə salacaq
Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" mobil reklam sistemini işə salacaq; belə ki, reklam elanları sosial şəbəkəyə mobil qurğulardan daxil olan istifadəçilərə göstəriləcək.
Şirkətdəki mənbələr bildiriblər ki, "Facebook" bu məsələ ilə bağlı artıq faktiki olaraq reklam agentlikləri ilə danışıqları bitirib. Həmçinin bildirilib ki, yeni mobil reklam sistemi mart ayının əvvəlində işə salınacaq.
Məlumat üçün qeyd edək ki, "Facebook" keçən həftə səhmlərinin birjada (İPO) ilkin açıq yerləşdirilməsi üçün ərizə verib. Sosial şəbəkənin istifadəçi bazası 850 milyonu ötüb və onların çox hissəsi mobil istifadəçilərdir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL