Abituriyentlər və bakalavrlar SMS-lə virtual ödəmə kartları əldə edəcəklər
Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər.
Belə ki, elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar "Azercell" nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə TQDK-nın İctimaiyyətlə əlaqələr sektonun müdiri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq: "Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL