waplog

Ən yaxşı mehmanxana saytı


“Ən yaxşı mehmanxana saytı - 2011” müsabiqəsinin laureatı “Grand Hotel Europe” mehmanxanası elan olunub. Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Mərkəzi tərəfindən təşkil olunan bu müsabiqənin məqsədi Azərbaycanın qonaqpərvərlik sənayesinin gələcək inkişafına köməklik göstərmək, turizm iqtisadiyyatında mehmanxana biznesinin aparıcı rolunun möhkəmlənməsi, mehmanxana xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, mehmanxana və digər yerləşdirmə obyektlərinin doldurulmasının artımına köməkliyin göstərilməsi istiqamətində fəaliyyətin qiymətləndirilməsi idi.
“Grand Hotel Europe” mehmanxanasının rəsmi veb-saytında (www.grand-europe.com) 10 dildə onlayn qeydiyyat sistemi tətbiq olunur. Saytda mehmanxana haqqında, onun xidmətləri haqqında müxtəlif məlumatlar yerləşdirilib. Bundan əlavə, mehmanxananın saytı istifadəçilərlə ikitərəfli ünsiyyət qurmaq üçün facebook.com sosial şəbəkəsi ilə inteqrasiya olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL