Azərbaycanın elektron atlası gələn il hökumətə təqdim ediləcək
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda elektron formatda Azərbaycanın Milli Atlası hazırlanır. Təxminən 55-38 sm ölçülərdə hazırlanan atlas fundamental bir əsər olacaq.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
M.Bayramov hazırda onun üzərində işlər apardıqlarını deyib: "Atlasda Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, siyasəti, səhiyyəsi, təhsili, bir sözlə, bütün sahələri əhatə olunacaq.
Təxminən 350-400 səhifədən, 24 bölmədən ibarət olan Azərbaycanın Milli Atlası 1000-ə yaxın xəritəni özündə birləşdirəcək. Planlaşdırırıq ki, gələn il onu çap edib sifarışçiyə - dövlətə təqdim edək".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL