waplog

“Nokia” telefonları ilə insanlar arasında müxtəlif dillərdə ünsiyyət qurmaq olacaq


"Compulenta.ru" saytının məlumatına əsasən, "Nokia" şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni avtomatik tərcümə sistemi hazırlayır.
Platforma "Hello" adlanır. İstifadəçi smartfonda mətn mesajını bir dildə daxil edir, mesajı qəbul edənə isə onun digər dildəki versiyası gəlir.

"Hello" sistemi smartfonlar arasında məlumat mübadiləsi üçün "Near Field Communication" (NFC) texnologiyasından (kiçik hərəkət radiusuna malik simsiz yüksəktezlikli rabitə texnologiyası) istifadə edir.

"Nokia" şirkəti hələ ki "Hello" sistemini bazara nə vaxt çıxarmağı planlaşdırdığı haqqında məlumat verməyib.
Məlumat üçün qeyd edək ki, "Nokia" şirkəti bütün öz smartfonlarını "NFC" çipi ilə təchiz etmək niyyətindədir.


EMİL



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL