waplog

Niyə elektron xəritələri alan yoxdur?


"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabrikində təxminən 120-140 adda xəritə-atlas hazırlayırıq. Bunların da hamısı müasir texniki qaydalar əsasında elektron formatda hazırlanır".

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.

Buna baxmayaraq, fabrikin direktoru satış zamanı çətinliklərlə üzləşdiklərini vurğulayıb: "Hazırladığımız məhsulları əldə etməklə bağlı zəruri məlumatlar DTXK-nin saytında yer alıb. Bundan başqa, buraxdığımız məhsulların üzərində də onların haradan əldə oluna biləcəyi haqqında informasiyalar yerləşdiririk.

Eyni zamanda, bütün məhsullar magazalara paylanılır. Amma bizdə alıcılıq qabiliyyəti çox aşağıdır. Satışı çox zəif gedir. İnsanlar bu məhsulları almırlar. Məsələn, kənddən gələn bir ingilis Londona düşən kimi 10 dollar verib şəhərin xəritəsini alır, axtardığı obyekti xəritə üzərindən tapır. Amma bizdə psixologiya fərqlidir. 50 manat taksiyə veririk, amma 1 manat verib xəritəni almırıq".  

 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL