“Samsung Galaxy S III” smartfonu necə olacaq?
"Onliner.by" resursunun məlumatına əsasən, Koreyanın "ETnews" saytı mənbələrə istinad edərək, iddia edir ki, "Samsung Galaxy S III" smartfonunun qalınlığı 7 mm təşkil edəcək. İstehsalçıların aparatın çap lövhəsi və bəzi digər komponentlərinin qalınlığını 10-20 faiz azaltmağa müvəffəq olduqları bildirilib.
Məlumata əsasən, "Galaxy S III" smartfonunun arxa panelində yuxarı hissədə, kamera yerləşən hissədə qalınlıq var. "ETnews" saytı bildirib ki, smartfona əvvəlki kimi 8 meqapiksel matrisli kamera quraşdırılacaq.
Bundan əlavə, "Samsung Galaxy S III" smartfonu dördnüvəli prosessor, "HDMİ" port ilə təchiz ediləcək və "LTE" şəbəkəsini dəstəkləyəcək. Güman ki, model may ayında təqdim ediləcək.
www.onliner.by/news/06.02.2012/17.48/
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL