“İBM” şirkətinin rəhbəri 1,5 milyon dollar maaş alacaq
“İBM” şirkətinin prezidenti və əsas icraçı direktoru Virciniya Romettinin maaşı 800 min dollardan 1.5 milyon dollara qədər artacaq. Bu barədə ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına (SEC) göndərilmiş hesabatda bildirilib.
Qeyd edim ki, o, 2012-ci il yanvar ayının 1-dən korporasiyaya rəhbərlik edir. Bundan əlavə, 2012-ci ilin nəticəsinə görə o, 3,5 milyon dollar dəyərində pul mükafatı alacaq.
Bu ölçüdə pul mükafatı almaq üçün xanım Rometti “İBM” korporasiyasının proqram təminatı satışlarının şirkətin mədaxilinin yarısı səviyyəsinə qədər artırılması üzrə beşillik planını yerinə yetirməlidir.
Bundan əlavə, Amerika şirkəti öz mövqeyini biznes-analitik alətləri, “bulud” hesablamaları və inkişaf edən bazarlarda gücləndirməyi planlaşdırır. Təqdim edilmiş plana əsasən, “İBM” korporasiyası 2015-ci ilədək illik mədaxilini 20 milyard dollara qədər artırmalıdır.
“EE Times” nəşri bildirib ki, əvvəlki baş direktor Semuel Palmizano 2011-ci ildə 6,5 milyon dollar dəyərində bonusa layiq görülmüşdü.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL