waplog

Qadınlar qurğularla daha çox maraqlanmağa başlayırlar


"İnfox.ru" saytının məlumatına əsasən, "CEA" layihəsinin mütəxəssisləri tərəfindən keçirilmiş tədqiqat nəticəsində müasir qadınların qurğularla daha çox maraqlanmağa başlamaları məlum olub. Hazırda  10 qadından 8-i ən yeni elektron qurğulara maraq göstərirlər. Halbuki 2007-ci ildə elektron qurğulara maraq göstərən qadınların payı 10 faiz təşkil edib. Bundan əlavə, hazırda qadınlar bu tip məhsullara aktiv şəkildə pul xərcləməyə hazırdırlar.

"Techcrunch.com"  portalının jurnalistləri qeyd ediblər ki, mobil qurğu  istehsalçıları reklam kampaniyalarında öz məhsullarını məhz kişilər üçün nəzərdə tutulmuş kimi təqdim edirlər və buna görə də faktiki olaraq auditoriyasının bir hissəsini itirirlər.

Belə ki, 2007-ci ildə kişilər qadınlardan fərqli olaraq, yeni qurğunun satın alınmasına 200 dollar daha çox xərcləməyə hazır idilər, lakin keçən ilin nəticəsinə görə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.

Bugünkü gündə Amerika kişisi yeni qurğu üçün orta hesabla 728 dollar  xərcləməyə hazırdır, halbuki qadınlarda bu göstərici 667 dollar təşkil edir. Beləliklə, fərq cəmi 61 dollar təşkil edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL