waplog

Ölkəmizdə tətbiq olunan SMS göndərmə xidməti MDB ölkələrində maraqla qarşılanıb


“Aztelekom”İB-nin “107” SMS xidmətindən gələn gəliri 500 min manata yaxınlaşıb. Birlik tərəfindən sabit telefon şəbəkəsi abonentləri üçün tətbiq edilən bu xidmətin analoqu digər ölkələrdə olsa da, birliyin şəbəkəsində tətbiq edilən bu yenilik böyük üstünlüyü ilə yadda qalıb. Azərbaycanda tətbiq edilən bu yenilik MDB dövlətlərinin  marağına səbəb olub.

Artıq Türkmənistan və Qırğızıstan bu sistemlə maraqlanıb və oxşar texnologiyanı öz ölkələrində tətbiq etməyə hazırlaşır. Qeyd edək ki, bu xidmətin istifadəyə verilməsi nəticəsində sabit telefon şəbəkəsi abonentləri mobil telefon şəbəkəsi abonentlərinə SMS göndərmək imkanı əldə etməklə əlavə keyfiyyətlər əldə ediblər..
       
İLK DƏFƏ
 
“Aztelekom”İB tərəfindən tətbiq edilən bu sistem ilk dəfə olaraq PSTN şəbəkəsində istifadəyə verilib. Xidmət müştəri-server proqram təminatı paketi və “GSM Gateway”-dən istifadə olunmaqla həyata keçirilir.

 Bu xidmətin istismara verilməsi nəticəsində sabit telefon şəbəkəsi abonentləri respublikamızın istənilən məntəqəsindən adi, tranzit və beynəlxalq istiqamətlərdə SMS-lər göndərmək imkanı əldə ediblər, həmçinin SMS-lərlə keçirilən müxtəlif müsabiqələrdə istədikləri iştirakçılara səs vermək imkanı qazanıblar.

 Xidmətdən istifadə üçün abonent “107” sifarişli xidmət sexinə zəng edib SMS göndərmək arzusunu bildirərək SMS-in mətnini telefonla diktə edir və SMS-in çatacağı telefonu söyləyir. Bununla da abonentdən SMS sifarişi qəbul edilir. Qəbul edilmiş SMS “107” xidmətinin işçiləri tərəfindən lazımi ünvanına çatdırılır.
 
XİDMƏTİN ÜSTÜNLÜKLƏRİ
       
Belə ki, abonentlər tərəfindən göndəriləcək SMS-lər qabaqcadan da sifariş edilə bilər. Bu da imkan verir ki, bayram günlərində abonent əvvəlcədən sifariş verməklə bayram saatlarını rahat keçirdiyi zamanda “107” xidməti onun SMS-lərinin lazımi ünvanlarına çatdırılmasını həyata keçirir.

“Aztelekom” İB ilə mobil şəbəkə operatorları arasında bağlanan müqavilələr əsasında sabit şəbəkə abonentləri mobil şəbəkə operatorlarının abonentlərinə SMS-lər göndərmək imkanı əldə edirlər. Bunun nəticəsində sabit şəbəkə abonentləri mobil şəbəkə abonentlərindən fərqli olaraq SMS-lə keçirilən müxtəlif müsabiqələrin hər birində səs vermək hüququ qazanırlar.
 
TOPDAN SMS XİDMƏTİ
 

Xidmətin üstünlüklərindən biri də ondan ibarətdir ki, mobil şəbəkə abonentlərindən fərqli olaraq abonent bir dəfəyə istənilən miqdarda SMS göndərmək imkanına malikdir.
Xidmətin tətbiqi TV-lərdə keçirilən şouların təşkilatçılarını da çox maraqlandırıb. Buna əsas səbəblərdən biri də odur ki, xidmət demək olar ki, respublikanın bütün ailələrinin intellektual TV şoularda iştirakına imkan verir.

Xidmətə çox cüzi investisiya qoyulmasına baxmayaraq (2000 AZN) kifayət qədər gəlir gətirir. Belə ki, hazırda bu xidmət 500 minə yaxın gəlir gətirib.

“107” SMS xidmətinin TV şoularda gündəlik reklamı “107” xidməti vasitəsi ilə beynəlxalq və şəhərlərarası danışıq sifarişinin artımına öz müsbət təsirini göstərib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL